"Araz" klubunun futzal üzrə UEFA Kuboku üçün heyəti açıqlanıb

"Araz" klubunun futzal üzrə UEFA Kuboku üçün heyəti açıqlanıb Heyətdəkilərin yarısı legionerdir
Futbol
15 Noyabr , 2014 11:12
Araz klubunun futzal üzrə UEFA Kuboku üçün heyəti açıqlanıb
Bakı. 15 noyabr. REPORT.AZ/ Futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsində mübarizə aparacaq "Araz" klubunun heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, heyətə 13 futzalçı daxil edilib. 

Onların yarıdan çoxu legionerdir: Fernando Da Silva Amadeu, İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov, Fineo De Araujo, Rəcəb Fərəczadə, Rizvan Fərzəliyev, Covani Buranello Laersio, Alexandre Manoel Da Silva, Sezar Auqusto May Xaviyer, Eduardo Mello Borges, Leanardo Oliveyra Da Silva, Elnur Zamanov. 

Qeyd edək ki, "Araz" ilk görüşünü noyabrın 18-də saat 18:30-da "Slov-Matik" (Slovakiya) komandasına qarşı keçirəcək. Ertəsi gün eyni saatda rəqib “Dina” (Rusiya) olacaq. Noyabrın 21-də isə Azərbaycan təmsilçisi “Chrudim” (Çexiya) ilə üz-üzə gələcək. Oyunlar Çexiyanın Pardubitse şəhərindəki "CEZ Arena"da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi