Bu gün "Araz" komandası "Benfika" ilə qarşılaşacaq

Bu gün "Araz" komandası "Benfika" ilə qarşılaşacaq Araz futzal komandası bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununa çıxacaq.
Futbol
10 Oktyabr , 2019 09:45
Bu gün Araz komandası Benfika ilə qarşılaşacaq

"Araz" futzal komandası bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununa çıxacaq. 

"Report"un məlumatına görə, rəqib Portuqaliya “Benfika”sı olacaq. 

İlk turda "Araz" Belçikanın "Halle Qooik" komandasına 1:5 hesabı ilə uduzub. "Benfika" isə Ukrayna "Xerson"u ilə heç-heçə edib - 1:1. 

10 oktyabr

Çempionlar Liqası

2-ci qrup

19:30. “Araz” (Azərbaycan) - “Benfika” (Portuqaliya)

Halle şəhəri. "De Bres Arena". 

Hakimlər: Damian Jaruçeviç (Polşa), Moşe Bohbot (İsrail), Nikola Jeliç (Xorvatiya),

Hakim-inspektor: Silvo Borosak (Sloveniya)

UEFA nümayəndəsi: Serjio Lopes-Anduxar Alonso (İspaniya)

Son xəbərlər

Orphus sistemi