Araz Abdullayev: "Komanda şəklində toparlanıb, qələbə qazanmağa çalışacağıq"

Araz Abdullayev: "Komanda şəklində toparlanıb, qələbə qazanmağa çalışacağıq" "Yaxşı nəticə qazanıb azarkeşlərimizi sevindirəcəyik"
Futbol
16 Sentyabr , 2016 15:54
Araz Abdullayev: Komanda şəklində toparlanıb, qələbə qazanmağa çalışacağıq

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Çempionata yaxşı başlaya bilməsək də, qarşıda oyunlarımız var. Çalışacağıq ki, komanda şəklində toparlanaq və bu vəziyyətdən çıxaq". 

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Araz Abdullayev bugünkü məşq zamanı komandanın uğursuz çıxışından danışarkən deyib.

Kapitan "Qəbələ"yə 0:8 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçından fərqli olaraq, növbəti oyunlarda azarkeşləri sevindirəcəklərinə komanda adından söz verib: "Qəbələ" ilə oyunda da heç nə alınmadı. Komanda şəklində çox zəif çıxış etdik. İnanıram ki, qarşıdakı oyunlarda yaxşı nəticə qazanıb azarkeşlərimizi sevindirəcəyik".

Qeyd edək ki, "Neftçi" 4 turdan sonra 3 xalla 7-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi