Araz Abdullayev Kipr klubundan ayrılma səbəbini açıqlayıb - MÜSAHİBƏ

Araz Abdullayev Kipr klubundan ayrılma səbəbini açıqlayıb - MÜSAHİBƏ "Ola bilsin ki, klublar arasında pulla bağlı problem olub"
Futbol
27 May , 2018 18:46
Araz Abdullayev Kipr klubundan ayrılma səbəbini açıqlayıb - MÜSAHİBƏ

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Araz Adullayev mayın 29-da Bakıda Qırğızıstan yığması ilə yoldaşlıq oyunundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

"Report" xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi əvvəlcə qarşıdakı yoldaşlıq oyunları ilə bağlı fikirlərini bölüşüb.

- Qarşıda bizi 3 oyun gözləyir. Çoxu deyir ki, sadəcə, yoldaşlıq görüşləridir. Lakin bizim üçün vacib oyunlardır. Bu matçlarda özümü yaxşı tərəfdən göstərmək istəyirəm.

Kiprdə 33 oyunda forma geyinsəniz də, "Anortosis"də qalmadınız. Yenidən legioner həyatı yaşamaq istədiyinizi duymuşuq...

- Əlbəttə, xaricdə oynamaq, Azərbaycanı kənarda təmsil etmək istəyirəm. Lakin “Qəbələ” ilə 6 aylıq müqaviləm var. Buna görə, indidən nəsə deyə bilmərəm.

Qurban Qurbanov milli üzvü olan yerli futbolçuların xarici ölkə çempionatlarında oynamasını istədiyini dedi. Sizə bu barədə nəsə məsləhət verib?

- Belə söhbətimiz olmayıb. Sadəcə, komanda barədə danışmışıq. Avropaya getmək barədə yox.

“Anortosis”dən ayrılıq səbəbin nə idi? Məşqçiniz qalmağınızı istəyirdi. Bəs, sizə?

- Əlbəttə, qalmaq istəyirdim. Karyeramı xaricdə davam etdirməyi arzulayıram. Lakin klublar arasında bəzi problemlər oldu. Hazırda “Qəbələ”nin üzvüyəm.

“Anortosis”dən ayrılmanız sizinlə, yoxsa “Qəbələ” ilə bağlı idi?

- Ola bilsin ki, klublar arasında pulla bağlı problem olub. Qabaqcadan bir şey deyə bilmərəm.

Kipr çempionatını Azərbaycan Premyer Liqası ilə müqayisə edərdiniz...

- Orda 6 komanda ilk üçlük uğrunda mübarizə aparır. Burda isə cəmi 8 komanda çıxış edir. Hər halda, biz də burada yetişmişik. Öz ölkəm barədə pis heç nə demək istəməzdim.

“Neftçi”də APOEL-ə qarşı çıxış etmişdiniz. Hazırda orada klubların səviyyəsi necədir?

- “Anortosis” də yaxşı komandadır. Çempionatı 3-cü pillədə başa vurduq. Böyük fərq hiss etmədim. Güclü komandalardır.

Son xəbərlər

Orphus sistemi