Yuxarı
    Bağlamaq

    "Neftçi"nin futbolçusu ​Araz Abdullayev Yeni İl günü Kərbəlaya gedəcək

    ​Bu bayram mənlik deyil

    Bakı. 30 dekabr. REPORT.AZ/ "Neftçi" komandasının futbolçusu Araz Abdullayev Yeni İl günü Kərbəla ziyarətində olacaq. Bu barədə "Report"a 22 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

    A.Abdullayev İraqa dekabrın 31-i və ya yanvarın 1-də yollanacağını bildirib. O, ziyarətə yollanacağına dair xəbəri "Yeni İli harada qarşılayacaqsınız" sualını cavablandırarkən verib: "Bu bayram mənlik deyil. Mən ziyarətə gedirəm. Sabah və ya birisigün Kərbəla ziyarətində olacağam. Ziyarətdən qayıtdıqdan sonra isə "Neftçi"nin məşqlərinə qoşulacağam". 

    Qeyd edək ki, Araz Abdullayevin adı son illər bir sıra xoşagəlməz olaylarda hallanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi