Yuxarı

Aqueronun dublu "Mançester Siti"yə "Bornmut" üzərində qələbə qazandırıb

​Aqueronun dublu "Mançester Siti"yə qələbə qazandırıb

"Mançester Siti" futbol üzrə İngiltərə Premyer Liqasının üçüncü turunun matçında "Bornmut"a qalib gəlib.

"Report" xəbər verir ki, Bornmutda keçirilən qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində Serxio Aquero dubl edib, həmçinin Rahim Sterlinq fərqlənib. Meydan sahiblərinin yeganə qolunu Harri Uilson vurub.

"Mançester Siti" növbəti turda "Brayton end Houv Albion"u qəbul edəcək. "Bornmut" "Lester"lə qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi