Avropa Liqası: "Qarabağ" Kiprdə APOEL-ə uduzub - YENİLƏNİB-6

Avropa Liqası: "Qarabağ" Kiprdə APOEL-ə uduzub - YENİLƏNİB-6 Qarabağ komandası UEFA Avropa Liqasının qrup mərhələsində IV tur matçına çıxıb.
Futbol
7 Noyabr , 2019 23:50
Avropa Liqası: Qarabağ Kiprdə APOEL-ə uduzub - YENİLƏNİB-6

"Qarabağ" komandası UEFA Avropa Liqasının qrup mərhələsində IV tur matçına çıxıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Kiprdə APOEL-lə üz-üzə gəlib. Nikosiyadakı "GSP Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hər üç qol künc zərbəsindən sonra vurulub. 10-cu dəqiqədə Maksim Medvedev hesabı açsa da, 59-cu dəqiqədə Lukas Souza bərabərlik, 88-ci dəqiqədə George Efrem qələbə topunu vurub.

Digər tərəfdən, "Qarabağ" 16-cı dəqiqədə itki ilə üzləşib. Dani Kintana zədələnərək, yerini Maqaye Qeyeyə verib. Lakin zədəli Mahir Mədətovun yoxluğunda əsas qol ümidi sayılan fransalı hücumçu ona bəslənən ümidləri doğrultmayıb. Elə buna görə Qeyenin özü də 76-cı dəqiqədə meydandan alınıb. Onun yerinə isə zədəsini sağaldan Xayme Romero çıxıb. Oyunun gedişində zədə alan Miçel isə 83-cü dəqiqədə Abbas Hüseynovla əvəzlənib.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran APOEL eyni xala malik "Qarabağ"la 2-3-cü yerləi bölüşür. A qrupunun digər matçında Lüksemburqda "Düdelanj"ı 5:2 hesabı ilə yenən İspaniya "Sevilya"sı xallarını 12-yə çatdırıb və birinci pillənin sahibi kimi 1/16 finala yüksəlib. 3 xala malik "Düdelaj" isə qrupda sonuncu pilləyə enib.


***23:42

APOEL "Qarabağ"la oyunda hesabda irəli çıxıb.

"Report"un məlumatına görə, meydan sahibləri qarşılaşmanın 88-ci dəqiqəsində ikinci qolu "Qarabağ"ın qapısından keçiriblər - 1:2


***23:12

"Qarabağ" - APOEL oyununda hesab bərabərləşib.

"Report"un məlumatına görə, Lucas Souza qarşılaşmanın 59-cu dəqiqəsində topu "Qarabağ"ın qapısından keçirib - 1-1


***22:57

"Qarabağ" - APOEL oyununun ikinci hissəsi başlayıb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi qarşılaşmanın birinci hissəsinin 10-cu dəqiqəsində topu rəqibin qapısından keçirib. Azərbaycanın turnirdəki yeganə təmsilçisinin heyətində Maksim Medvedev dəqiq oynayıb - APOEL - "Qarabağ: 0-1.


***22:42

"Qarabağ" APOEL-lə oyunda fasiləyə hesabda öndə yollanıb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi qarşılaşmanın birinci hissəsinin 10-cu dəqiqəsində topu rəqibin qapısından keçirib. Azərbaycanın turnirdəki yeganə təmsilçisinin heyətində Maksim Medvedev fərqlənib - APOEL - "Qarabağ: 0-1.


***22:05

"Qarabağ" APOEL-lə oyunda hesabı açıb.

"Report" xəbər verir ki, Ağdam təmsilçisi oyunun 10-cu dəqiqəsində topu rəqibin qapısından keçirib. Azərbaycanın turnirdəki yeganə təmsilçisinin heyətində Maksim Medvedev fərqlənib - APOEL-"Qarabağ: 0-1.


***21:55 

UEFA Avropa Liqasında qrup mərhələsinin IV turu çərçivəsində APOEL - "Qarabağ" oyunu başlayıb.

"Report"un məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi UEFA Avropa Liqasının (AL) qrup mərhələsində Kiprin paytaxtı Nikosiyadakı “GSP Arena”da növbəti oyununa çıxıb.

Son xəbərlər

Orphus sistemi