APOEL - "Qarabağ" matçının hakimləri açıqlanıb

APOEL - "Qarabağ" matçının hakimləri açıqlanıb Kiprdə APOEL və Qarabağ komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb.
Futbol
3 Avqust , 2019 15:33
APOEL - Qarabağ matçının hakimləri açıqlanıb

Kiprdə APOEL və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb. 

"Report"un məlumatına görə, avqustun 6-da Nikosiyadakı GSP stadionunda təşkil olunacaq qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub. 

APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Davide Massa
Yan xətt hakimləri: Fabiano Preti, Alberto Teqoni
Dördüncü hakim: Rosario Abisso (hamısı İtaliya)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Romano Klavedetşer (İsveçrə)

Beynəlxalq miqyasda hakimliyə 2014-cü ildə başlayan Massa indiyədək həm Kipr APOEL-i, həm də "Qarabağ"ın bir oyununu idarə edib. 38 yaşlı referi Kipr təmsilçisinin 2015/2016 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Vardar"la Makedoniyada keçirdiyi oyunda iş başında olub. Həmin görüş heç-heçə ilə yekunlaşıb - 1:1. 

Təcrübəli baş hakim ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın Bakıda İngiltərə "Arsenal"ına 0:3 hesabı ilə uduzduğu II tur matçında da fit çalıb. Massanın ilk oyunlarından biri isə 2014/2015 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində Bakı "İnter"inin (indiki "Keşlə") İsveçdə "Elfsborq"a 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmaya təsadüf edib.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi