APOEL "Qarabağ"la oyundan sonra qapıçısı ilə bağlı qərarını açıqlayıb

APOEL "Qarabağ"la oyundan sonra qapıçısı ilə bağlı qərarını açıqlayıb Kiprin APOEL klubu UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə Qarabağla keçirdikləri matçdan sonra qapıçısı Vid Beletslə bağlı qərarını açıqlayıb.
Futbol
8 Noyabr , 2019 15:31
APOEL Qarabağla oyundan sonra qapıçısı ilə bağlı qərarını açıqlayıb

Kiprin APOEL klubu UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə "Qarabağ"la keçirdikləri matçdan sonra qapıçısı Vid Beletslə bağlı qərarını açıqlayıb. 

"Report" sport-fm.com saytına istinadən xəbər verir ki, bu barədə klubun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos açıqlamasında bildirib.

O deyib ki, APOEL müqavilə ilə İtaliya “Sampdoriya”sına məxsus 29 yaşlı qolkiperi almaq hüququna sahibdir və bundan yararlanacaq. 

Qeyd edək ki, Vid Belets bu ilin yayında icarə əsasında APOEL-ə keçib. Kipr çempionu onu almaq üçün 100 min avrosundan keçməli olacaq. Sloveniyalı qapıçı Ağdam təmsilçisi ilə matçda hesab 1:1 olarkən komandasını bir neçə dəfə real qoldan xilas edib. Görüş APOEL-in qələbəsi ilə yekunlaşıb - 2:1.

Son xəbərlər

Orphus sistemi