APOEL-in hücumçusu: "Cavab oyununda 100 yox, 2 qol vurmalıyıq"

APOEL-in hücumçusu: "Cavab oyununda 100 yox, 2 qol vurmalıyıq" “Cavab oyununda 100 yox, 2 qol vurmalıyıq. Bu isə mümkündür”.
Futbol
7 Avqust , 2019 10:52
APOEL-in hücumçusu: Cavab oyununda 100 yox, 2 qol vurmalıyıq

“Cavab oyununda 100 yox, 2 qol vurmalıyıq. Bu isə mümkündür”.

“Report”un məlumatına görə, bunu APOEL-in futbolçusu Andriya Pavloviç Kiprdə “Qarabağ”da 1:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra “Kerkida” portalına söyləyib.

26 yaşlı serbiyalı hücumçunun sözlərinə görə, məğlubiyyətə rəğmən, yaxşı oynayıblar: “Ümumilikdə yaxşı oynasaq da, bəzi səhvlərimiz görüntünün pis olmasına gətirib çıxardır. Birinci hissədə yaxşı təsir bağışladıq. Xüsusən də ilk 15 dəqiqədə hücumlarımız oldu. Fikrimcə, vəziyyəti dəyişə bilərik. Futbolda hər şey mümkündür. Cavab görüşünə daha yaxşı hazırlaşmağa çalışacağıq. Ciddi dəyişikliyə ehtiyac duyduğumuzu düşünmürəm. Bizim çox yaxşı komandamız var. Əlbəttə, uduzduğumuz üçün məyusuq. Başlanğıcdan pis oynasaydıq, cavab qarşılaşmasından nəsə gözləməyə dəyməzdi. Ancaq biz vəziyyətə nəzarət edirdik. Ona görə də məyusuq”.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL oyunu saat 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi