Yuxarı

APOEL-in futbolçusu: "Qələbəyə çox ehtiyacımız var"

APOEL-in futbolçusu: "Qələbəyə çox ehtiyacımız var"

"Avqustda etdiyimizi təkrarlamağa çalışacağıq. Çünki qrupda xal qazanmamışıq. Bu qələbəyə çox ehtiyacımız var".

"Report"un məlumatına görə, bu fikirləri Kiprin APOEL komandasının futbolçusu Roman Bezyak UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı Bakıda keçirəcəkləri oyun haqqında danışarkən deyib.

Sloveniyalı hücumçu matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşan mətbuat konfransında bildirib ki, "Qarabağ"ın hansısa cəhətindən çəkinməli olduqlarını düşünmür: "Bu rəqibi bu il Bakıda üstələmişik. Bu dəfə öz oyunumuzu nümayiş etdirə bilsək, müsbət nəticə qazanacağıq. Hər bir oyun 0:0 hesabı ilə başlayır. Qrup mərhələsində baş tutan digər görüşlərin önəmi yoxdur. "Qarabağ"a qalib gəldiyimiz oyunda da stadion dolu idi. Azarkeş amili çıxışımıza təsir göstərməyəcək. Qisas haqqında düşünüb-düşünməmək "Qarabağ"ın öz işidir".

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək oyun saat 20:55-də başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi