"Qarabağ"a uduzan APOEL baş məşqçisi ilə yollarını ayırıb

"Qarabağ"a uduzan APOEL baş məşqçisi ilə yollarını ayırıb Qarabağın Çempionlar Liqasının III təsnifat mərhləsindəki rəqibi Kiprin APOEL klubu əsas komandanın baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb.
Futbol
8 Avqust , 2019 12:34
Qarabağa uduzan APOEL baş məşqçisi ilə yollarını ayırıb

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhləsindəki rəqibi Kiprin APOEL klubu əsas komandanın baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. 

"Report" klubun saytına istinadən xəbər verir ki, 49 yaşlı italiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onu almaniyalı Tomas Dollun əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Kiprdəki ilk görüşdə "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanıb. Cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Trametsani 2018-ci ilin oktyabrından APOEL-ə rəhbərlik edirdi. Onun komandası 2018/2019 mövsümündə ölkə çempionu olub.

Son xəbərlər

Orphus sistemi