Antuan Qrizmann: "Çempionlar Liqası ilə "Qarabağ"la oyunlardakı xal itkilərinə görə vidalaşdıq"

Antuan Qrizmann: "Çempionlar Liqası ilə "Qarabağ"la oyunlardakı xal itkilərinə görə vidalaşdıq" "Bu “Çelsi”və “Roma” kimi böyük komandalara qarşı pis oynadığımız üçün deyildi"
Futbol
5 İyun , 2018 12:11
Antuan Qrizmann: Çempionlar Liqası ilə Qarabağla oyunlardakı xal itkilərinə görə vidalaşdıq
0 : 00
0 : 00

Bakı. 5 iyun. REPORT.AZ/ “Çempionlar Liqası mənim və klubum üçün böyük hədəfdir. Həqiqətən də bu kuboku qazanmaq istəyirəm”. 

“Report”un məlumatına görə, bunu İspaniyanın “Atletiko” komandasının hücumçusu Antuan Qrizmann spox.com saytına müsahibəsində deyib. 27 yaşlı forvard başa çatan mövsümdə qitənin ən nüfuzlu klub turnirindəki uğursuzluğu qrup mərhələsində “Qarabağ”la hər iki görüşdə heç-heçə etmələri ilə əlaqələndirib: “Biz “Çelsi”və “Roma” kimi böyük komandalara qarşı pis oynadığımız üçün deyil, “Qarabağ”la hər iki matçda xal itirdiyimiz üçün Çempionlar Liqası ilə vidalaşdıq. Belə hallara yol verməməliyik”. 

Qrizmann "Atletiko" ilə Avropa Liqasını qazanmasını özü üçün vacib hadisə adlandırıb. O, 2016-cı ildə Fransa yığmasının heyətində Avropa çempionatının və hazırkı klubunda Çempionlar Liqasının finalında uduzduqlarını xatırladaraq, nəhayət, titul əldə etdiyini vurğulayıb.  

Qeyd edək ki, “Atletiko” ilə “Qarabağ” arasında Bakıda və Madriddə keçirilmiş görüşlərdə müvafiq olaraq, 0:0 və 1:1 hesablı heç-heçələr qeydə alınıb. Qrup 3-cüsü kimi mübarizəni Avropa Liqasında davam etdirən Madrid təmsilçisi yarışın qalibi olub.

Son xəbərlər

Orphus sistemi