​Antonio Kontenin İtaliya yığmasından ayrılacağı vaxt açıqlanıb

​Antonio Kontenin İtaliya yığmasından ayrılacağı vaxt açıqlanıb Karlo Tavekkio: "Onu başa düşürük"
Futbol
15 Mart , 2016 15:17
​Antonio Kontenin İtaliya yığmasından ayrılacağı vaxt açıqlanıb

Bakı. 15 mart. REPORT.AZ/ Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Antonio Konte AVRO-2016-dan sonra postu ilə vidalaşacaq. "Report"un məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio bildirib.

47 yaşlı mütəxəssis karyerasına harada davam edəcəyini yığma komandadan sonra açıqlayacağını söyləyib: "Konte İtaliya millisinin baş məşqçi vəzifəsindən gedəcək. Onu başa düşürük və gələcək klub karyerasında uğurlar arzu edirik".

Qeyd edək ki, bir neçə gün əvvəl İngiltərənin "Çelsi" klubunun sahibi Roman Abramoviç Antonio Konte ilə görüşüb və komandanın məşqində futbolçulara italiyalı mütəxəssislə anlaşdığını deyib.

Son xəbərlər

Orphus sistemi