Antonio Konte: "Qarabağla" oyundan öncə futbolçularıma çox diqqətli olmağı tapşırdım"

Antonio Konte: "Qarabağla" oyundan öncə futbolçularıma çox diqqətli olmağı tapşırdım" Bakı. 22 noyabr. REPORT.AZ/ Çelsi futbol klubunun məşqçisi Antonio Konte komandasının Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Bakıda Qarabağla oyundan sonra fikirlərini bölüşüb.
Futbol
22 Noyabr , 2017 23:34
Antonio Konte: Qarabağla oyundan öncə futbolçularıma çox diqqətli olmağı tapşırdım
Report/ Firi Salim

Bakı. 22 noyabr. REPORT.AZ/ "Çelsi" futbol klubunun məşqçisi Antonio Konte komandasının Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Bakıda "Qarabağ"la oyundan sonra fikirlərini bölüşüb.

"Report" xəbərinə görə, o, "İdman Azərbaycan" telekanalına müsahibəsində bildirib ki, futbolçulara oyundan əvvəl çox diqqətli olmağı tapşırıb.

"Qarabağ" çox yaxşı komandadır. Bunu həm "Atletiko" ilə keçirdiyi 2 oyun, həm də "Roma"ya qarşı oynadığı oyunla göstərdi. Oyundan əvvəl oyunçularıma çox diqqətli olmağı tapşırdm", - deyə baş məşqçi bildirib.

İtaliyalı mütəxəssis Bakının onun üçün uğurlu şəhər olduğu bildirib. Belə ki, A. Konte iki il əvvəl İtaliya yığmasına başçılıq etdiyi dövrdə 2016-cı il Avropa Çempionatının əsas mərhələsinə vəsiqəni, eləcə də "Çelsi" ilə bu mövsum Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqələri Bakıda keçirdiyi oynlardan sonra qazanıb.

Son xəbərlər

Orphus sistemi