Yuxarı
    Bağlamaq

    Roman Abramoviç "Çelsi"nin yeni baş məşqçisini açıqlayıb

    Klubun sahibi bu barədə futbolçulara bildirib

    Bakı. 3 mart. REPORT.AZ/ Futbol üzrə İtaliya millisinin baş məşqçisi Antonio Konte yeni mövsümdən İngiltərənin "Çelsi" komandasına rəhbərlik edəcək. "Report"un məlumatına görə, bu barədə "zadəganlar"ın sahibi Roman Abramoviç məşq zamanı futbolçularla görüşündə deyib.

    Rusiyalı iş adamı bildirib ki, A.Konte yayda London komandasının sükanı arxasına keçəcək: "Qus Hiddink hazırda öz işini yaxşı görsə də, komandanı tərk edəcək. Artıq italiyalı mütəxəssislə müqavilə imzalamışam".

    Qeyd edək ki, Qus Hiddink ötən ilin sonlarında "Çelsi"nin sabiq baş məşqçisi Joze Mourinyonu əvəzləyib. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 10-cu pillədədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi