Bakı. 31 may. REPORT.AZ/ "Qətərlə oyunda erkən qol buraxmağımız bir səhv idi. İnanıram ki, bu səhv Avropa çempionatında təkrarlanmayacaq". "Report"un məlumatına görə, bunu "Qarabağ" klubunun və Albaniya yığmasının futbolçusu Ansi Aqolli AVRO-2016 ərəfəsində keçirilən mətbuat konfransında deyib.
34 yaşlı müdafiəçi komandasının Avstriyadakı təlim-məşq toplanışında səylə çalışdığını bildirib: "Gündə iki dəfə məşq edirik. Çətin qrupa düşmüşük və rəqiblərimiz güclüdür. Düşünürəm ki, seçmə mərhələdəki kimi oynasaq, qrupda qələbə üçün yaxşı şansımız olacaq".
Qeyd edək ki, Albaniya yığması AVRO-2016-da Fransa, Rumıniya və İsveçlə birgə A qrupunda mübarizə aparacaq.