Anqolada stadionda basırıq zamanı 17 nəfər ölüb - VİDEO

Anqolada stadionda basırıq zamanı 17 nəfər ölüb - VİDEO Daha 59 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb
Futbol
11 Fevral , 2017 04:36
Anqolada stadionda basırıq zamanı 17 nəfər ölüb - VİDEO

Bakı. 11 fevral. REPORT.AZ/ Anqolada futbol oyunu zamanı düşən basırıqda 17 nəfər ölüb.

"Report" xəbər verir ki, faciə cümə günü ölkənin şimalında yerləşən Uiqe şəhərində baş verib.

"Kütlə içərisində olan insanlar yıxılanların üzərinə çıxmaq məcburiyyətində qalıblar. 76 nəfər xəsarət alıb, onlardan 17-si ölüb", - deyə yerli xəstəxananın baş həkimi Ernesto Luis bildirib.

Basırığa nəyin səbəb olduğu bildirilmir.

Son xəbərlər

Orphus sistemi