"Anji" növbəti mövsümdə də Rusiya Premyer Liqasında çıxış edəcək

"Anji" növbəti mövsümdə də Rusiya Premyer Liqasında çıxış edəcək Bakı. 22 iyun. REPORT.AZ/ Anji klubu 2018-2019-cu illər mövsümündə Rusiya Premyer Liqasında çıxış edəcək.
Futbol
22 İyun , 2018 20:14
Anji növbəti mövsümdə də Rusiya Premyer Liqasında çıxış edəcək

Bakı. 22 iyun. REPORT.AZ/ "Anji" klubu 2018-2019-cu illər mövsümündə Rusiya Premyer Liqasında çıxış edəcək. 

"Report"un "Teleqram" kanalına istinadən verdiyi məlumata görə, Mahaçqala təmsilçisi fəaliyyətini dayandıran "Amkar" klubunu əvəzləyəcək. Müvafiq qərar Moskvada Premyer Liqa klublarının ümumi yığıncağında qəbul olunub. 

"Amkar" başa çatan mövsümdə çempionatı 13-cü pillədə başa vursa da, pley-off matçında "Tambov"u məğlub edib. Amma komanda çempionatda çıxış etmək üçün maliyyə təminatını təqdim edə bilməyib və fəaliyyətini dayandırıb. 

"Anji" klubu isə Premyer Liqanı 14-cü pillədə başa vurub. Komanda pley-offda "Yenisey"ə uduzub. Lakin "Anji" reqlament şərtlərinə əməl edən yeganə komanda kimi Premyer Liqada çıxış edəcək.  

Son xəbərlər

Orphus sistemi