"Anji"nin erməni baş məşqçisinə qadınlarla işləməsi məsləhət görülüb

"Anji"nin erməni baş məşqçisinə qadınlarla işləməsi məsləhət görülüb "Dostum, get, yaxşısı budur arvadlara məşq keç"
Futbol
19 İyul , 2017 16:01
Anjinin erməni baş məşqçisinə qadınlarla işləməsi məsləhət görülüb

Bakı. 19 iyul. REPORT.AZ/ Rusiyanın "Spartak" klubunun sabiq futbolçusu Valeri Reynqold "Anji"nin baş məşqçisi Aleksandr Qriqoryana peşəsini dəyişməyi məsləhət görüb. 

"Report"un məlumatına görə, 75 yaşlı ekspert "Sport den za dyom"a açıqlamasında erməni mütəxəssisin son müsahibəsindən şoka düşdüyünü bildirib.

O deyib: "Qriqoryanın müsahibəsini dinlədikdə ona demək istəyirəm: "Dostum, get, yaxşısı budur arvadlara məşq keç. "Anji" onun xidmətindən nə qədər tez imtina etsə, Premyer Liqada bir o qədər tez möhkəmlənəcək. Hər insan məşqçi ola bilməz. O da ola bu cür təkəbbürlü oğlan!"

50 yaşlı mütəxəssis "Anji"yə yanvardan rəhbərlik edir. Onun komandası mövsümü 12-ci pillədə başa vurub. Cari mövsümün ilk turunda isə dağıstanlılar MOİK-ə 1:3 hesabı ilə uduzublar. Baş məşqçi ötən mövsüm müsahibələrindən birində "top-klub" ifadəsinin mənasını bilmədiyini söyləyib.

Qeyd edək ki, Aleksandr Qriqoryan "Anji"yədək iki qadın komandasının - Tolyatti "Lada"sı və Perm "Zvezda-2005"inin baş məşqçisi olub. Hazərda Mahaçqala komandasında əslən azərbaycanlı futbolçu Ayaz Quliyev də çıxış edir. O, Moskva "Spartak"ından icarəyə götürülüb.  

Son xəbərlər

Orphus sistemi