"Anji" komandasının baş məşqçisi "Sumqayıt"ı tərifləyib

"Anji" komandasının baş məşqçisi "Sumqayıt"ı tərifləyib "Qol buraxmadığımızı müsbət məqam hesab edirəm"
Futbol
1 Fevral , 2018 09:56
Anji komandasının baş məşqçisi Sumqayıtı tərifləyib

Bakı. 1 fevral. REPORT.AZ/ "Rəqibimiz yaxşı və döyüşkən komanda idi. Oyunçularının yaxşı mübarizəyə kökləndiyi görünürdü. Məsələn, ikinci hissədə qol vəziyyətləri yaratmaq bizim üçün tamamilə ağır idi. Rəqibin aqressiyasını artırdığı hiss olunurdu. Bununla belə, həm oyun keyfiyyəti, həm də yekun nəticə baxımından yaxşı nəticəyə nail olduğumuzu düşünürəm. Eyni zamanda qol buraxmadığımızı müsbət məqam hesab edirəm".

"Report"un məlumatına görə, bunu Rusiyanın "Anji" klubunun baş məşqçisi Vadim Skripçenko Türkiyənin Antalya bölgəsində "Sumqayıt"ı 1:0 hesabı ilə yendikləri yoxlama matçından sonra deyib. 43 yaşlı mütəxəssis fasilədən sonra zəif çıxışlarının səbəbini açıqlayıb: "İlk yarıda komandamız hücumda və müdafiədə daha keyfiyyətli çıxış edirdi. İkinci yarıda biz bir sıra dəyişikliklər etdikdən sonra rəqib təşəbbüsə yiyələndi. Oyunçu dəyişikliklərinin tam heyətlə ediləcəyini əvvəlcədən planlaşdırırdıq. Meydana çıxan uşaqların güc futboluna üstünlük vermələri çətin idi. Bununla belə, bu zaman kəsiyində onlar xarakter və döyüşkən keyfiyyətlər ortaya qoydular. Əlbəttə, yaxşı əks-hücumlara meyllilik var idi. Biz ikinci qolu vurmaq üçün bir neçə imkan da yaratdıq. Amma ümumilikdə, hesab edirəm ki, uşaqlar bu gün müsbət qiymətə layiqdirlər".

Belaruslu baş məşqçi cərimə zərbəsindən fərqlənən Arsen Xubulov barədə də danışıb: "Hər bir komandada standart vəziyyətlərin ifaçıları var. Arsen Xubulov da istisna deyil. İmkanlarını bilir və buna görə də Xubulova etibar edirik. Amma onun oyun vəziyyətindən qol vurmağa başlamasını da istərdik. Ümumilikdə son iki oyunu qol buraxmadan tamamlamağımız müsbət məqamdır. Lakin bununla kifayətlənməməliyik. Bu baxımdan problemimizin olmadığını da düşünmək olmaz. Əlbəttə, bu komponent üzərində daim çalışmaq lazımdır. Amma eyni zamanda müdafiədə daha keyfiyyətli olmağımız xoşdur".

Qeyd edək ki, "Sumqayıt" "Anji"yə 21-ci dəqiqədə buraxdığı qolla uduzub. 

Son xəbərlər

Orphus sistemi