Yuxarı

Ukrayna millisinin sabiq futbolçusu: "Spartak" Səmədovla donuz kimi davrandı"

Andrey Voronin: "Spartak" Səmədovla donuz kimi davrandı"

Bakı. 14 fevral. REPORT.AZ/ Ukrayna milli komandasının sabiq futbolçusu Andrey Voronin Rusiyanın "Spartak" (Moskva) klubunun əslən azərbaycanlı futbolçu Aleksandr Səmədovla yollarını ayırmasına dair fikirlərini bölüşüb.

"Report" xəbər verir ki, 39 yaşlı sabiq hücumçu "Sportsdaily" nəşrinə müsahibəsində bu məsələ haqqında yaxşı sözlər tapmaqda çətinlik çəkdiyini söyləyib. 

Voronin Səmədovun "Spartak"a xidmədlərindən də söz açıb: "Onların Saşa ilə donuz kimi davrandıqlarını deyə bilərəm. Səmədov iki dünya və Avropa çempionatının iştirakçısıdır, "Spartak"la qızıl medal qazanıb. Lakin müqavilənin bitməsinə 6 ay qalmış onu qapıdan qovurlar".

Ukraynalı sabiq oyunçu qərbi Avropada böyüdüyünü və almanların futbolçularına qarşı münasibətlərini bildiyini deyib: "Bunu öyrənməyə dəyər. Ölkəmizdə köhnə nəsil daim təkrar edir: Oynayanda lazım oluruq, heyətə düşə bilməyəndə zibil oluruq".

Qeyd edək ki, "Spartak" Aleksandr Səmədovla yollarını qış transfer dövründə ayırıb. 35 yaşlı yarımmüdafiəçi hazırda Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də çıxış etdiyi "Krılya Sovetov"da forma geyinir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi