Andrey Şevçenko: "Postsovet ölkələri məni maraqlandırmır"

Andrey Şevçenko: "Postsovet ölkələri məni maraqlandırmır" Ukrayna yığmasının baş məşqçisi "Qəbələ"nin legionerlərini də maraqlandıracaq açıqlama verib
Futbol
29 Noyabr , 2016 09:55
Andrey Şevçenko: Postsovet ölkələri məni maraqlandırmır

Bakı. 29 noyabr. REPORT.AZ/ Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko hazırda Gürcüstanın baş naziri olan Kaxa Kaladze ilə birgə vaxtilə İtaliya "Milan"ında futbolçu kimi çıxış etdiyi halda, keçmiş SSRİ respublikalarından heç birinin nəhəng klublarda oynamamasının səbəbini açıqlayıb.

"Report"un məlumatına görə, 40 yaşlı mütəxəssis "kvirispalitra.ge"yə müsahibəsində postsovet ölkələrinin elə də maraqlandırmadıqlarını bildirib. O, fikrini SSRİ-nin artıq mövcud olmaması ilə əsaslandırıb: "Mən yalnız hazırda çətin dövr yaşayan Gürcüstan və Ukrayna futbolu barədə danışa bilərəm. Çempionatlardakı maliyyələşmənin və klubların sayının azalması, bir çox məşhur futbolçunun yoxa çıxması kimi hallar oyunçuların ustalıqlarında əksini tapır".

Şevçenko ad çəkməsə də, xarici çempionatlarda çıxış edən bir çox ukraynalı futbolçunun ölkə millisinə namizəd olduqlarını söyləyib. Lakin baş məşqçinin fikrincə, ortada heç bir konkret nəticə yoxdur: "Bütün hallara fərdi qaydada yanaşmaq lazım gəlir. Bəzi oyunçular sabit çıxış etmirlər, bəziləri gəncdirlər. Zədə, uyğunlaşma prosesi və digər amillər də var. Vacib məsələ odur ki, öz komandanı tapasan, qarşına məqsəd qoyasan və ona nail olasan. O zaman nəticə də olacaq.

Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında cəmi 2 ukraynalı legioner forma geyinir: Qapıçı Dmitri Bezotosnı və müdafiəçi Vitali Vernidub "Qəbələ"də çıxış edir.  

Son xəbərlər

Orphus sistemi