​Andrey Dikan: "Qrupda birinci yer tutmaq şansımız var"

​Andrey Dikan: "Qrupda birinci yer tutmaq şansımız var" "Krasnodar"ın qapıçısı qarşıdakı oyunlardan danışıb
Futbol
3 Dekabr , 2015 18:52
​Andrey Dikan: Qrupda birinci yer tutmaq şansımız var

Bakı. 3 dekabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Rusiyanın "Krasnodar" klubunun qapıçısı Andrey Dikan komandasının qarşıdakı oyunlarından danışıb. "Report"un məlumatına görə, 38 yaşlı əlcək sahibi "Matç TV"yə açıqlamasında həm ölkə çempionatı, həm də Avroliqada çətin oyun keçirəcəklərini deyib.

O bildirib ki, indiki vəziyyətdə qazanılan bütün xallar vacibdir: "Mövsümün ilk hissəsi üçün olan tapşırığımız hələ bitməyib. Qarşıda 2 çox çətin oyunumuz var. İlk növbədə ölkə çempionatında "Kuban"la derbi, daha sonra "Qəbələ" ilə səfər oyunumuz var. Avropa Liqasının qrupunda birinci yeri ələ keçirmək üçün yaxşı şansımız var və niyə də olmasın?"

Qeyd edək ki, "Qəbələ" cari mövsümdə Avropa Liqasındakı son oyununu dekabrın 10-da "Krasnodar"a qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi