Yuxarı

Andres İnyesta İspaniya yığması ilə vidalaşıb

Andres İnyesta İspaniya yığması ilə vidalaşıb

Bakı. 2 iyul. REPORT.AZ/ Yaponiyanın "Vissel Kobe" klubunun futbolçusu Andres İnyesta İspaniya milli komandasındakı çıxışlarını rəsmən başa vurub.

"Report"un məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi bu qərarı dünya çempionatında Rusiyaya yenilərək mübarizəni dayandırdıqları 1/8 final matçından sonra açıqlayıb.

İnyesta milli karyerasında son oyuna çıxdığını bildirib: "Həyatımın möcüzəvi fəsli başa çatdı. Təəssüf ki, hərdən hər şey arzuladığımız kimi yekunlaşmır. İspaniya yığması yenidən uğura yol tapmalıdır. Göründüyündən daha çətin olsa da, bunu komandamız bacarar".

Qeyd edək ki, Andres İnyesta İspaniya yığmasında 2006-cı ildən çıxış edir. O, millidəki 136 oyununda 13 qol və 27 məhsuldar ötürmə müəllifi, habelə, dünya (2010) və ikiqat Avropa (2008, 2012) çempionu olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi