Bakı. 8 iyul. REPORT.AZ/ ABŞ-ın "Nyu-York Siti" klubunun yeni transferi Andrea Pirlonun illik əmək haqqı 8 milyon avro olacaq. "Report"un "ESPN"ə istinadən verdiyi məlumata görə, İtaliya "Yuventus"unun sabiq yarımmüdafiəçisi MLS-in ən ödənişli futbolçusuna çevrilib.
36 yaşlı dünya çempionu Avropa futbolunun digər ulduzları - Frenk Lempard və David Vilya ilə birgə çıxış edəcək.
Qeyd edək ki, Andrea Pirlo İtaliya milli komandasına da çağırılır. O, 2014-cü il oktyabrın 10-da keçirilmiş AVRO-2016-nın seçmə qrup matçında Azərbaycan yığmasına qarşı forma geyinib.