Andre Villaş-Boaş və Halk iki oyunluq diskvalifkasiya olunub - VİDEO

Andre Villaş-Boaş və Halk iki oyunluq diskvalifkasiya olunub - VİDEO Onlar Oskara dəstək verdikləri üçün sanksiya ilə üzləşiblər
Futbol
30 İyun , 2017 16:08
Andre Villaş-Boaş və Halk iki oyunluq diskvalifkasiya olunub - VİDEO

Bakı. 30 iyun. REPORT.AZ/ Çinin “Şanxay Şanqan” futbol komandasının portuqaliyalı baş məşqçisi Andre Villaş-Boaş və braziliyalı hücumçusu Halk iki oyunluq diskvalifkasiyaya məruz qalıblar.

“Report”un Çin Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, onlar komandanın digər üzvü – 8 matçlıq cəzaya məruz qalan braziliyalı yarımmüdafiəçi Oskara dəstək verdikləri üçün sanksiya ilə üzləşiblər.

Həmçinin, klub baş məşqçi və futbolçunun davranışına görə 13 min avro cərimə ödəməli olacaq.

Qeyd edək ki, Oskar Çin Super Liqasının XIII turu çərçivəsində “Quançjou Fuli” ilə görüş zamanı futbolçuların kütləvi davasına səbəb olmaqda günahkar bilinərək, 9 oyunluq diskvalifkasiya edilib. 

Son xəbərlər

Orphus sistemi