Yuxarı
    Bağlamaq

    Andorra yığması Azərbaycan millisinin rəqibi ilə görüşdə 86 oyunluq qələbə həsrətinə son qoyub

    Avropanın iki ən zəif yığması üz-üzə gəlib

    Bakı. 23 fevral. REPORT.AZ/ Avropa futbolunun ən zəif komandalarından sayılan Andorra və San Marino yığmaları yoldaşlıq görüşündə üz-üzə gəlib. "Report"un məlumatına görə, oyun Andorranın qələbəsi ilə başa çatıb - 2:0.

    Qolları 31-ci dəqiqədə penaltidən İldefonso Lima, 66-cı dəqiqədə isə Kristian Martines vurub.

    Qeyd edək ki, hər iki komanda 2004-cü ildən qalib gələ bilmirdi. Bu qələbə sayəsində Andorra 86 matçlıq həsrətə son qoyub. Koldonun baş məşqçi olduğu komanda əvvəlki görüşlərindən 80-də uduzmuş və cəmi 6 heç-heçə etmişdi. Son heç-heçə 2016-cı il mayın 26-da Azərbaycan millisi ilə yoldaşlıq görüşündə qeydə alınmışdı.

    San Marinonun isə 74 oyunluq intizarı davam edib. 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Pyerancelo Mantsarolinin baş məşqçi olduğu komanda son 12 matçında uduzub. Bu ölkənin millisi sonuncu dəfə 2014-cü ildə Estoniya ilə 0:0 hesablı heç-heçə edib. 2016-cı il sentyabrın 4-də Azərbaycan yığması səfərdə San Marinoya 1:0 hesabı ilə qalib gəlib. İki komanda Bakıda bu il sentyabrın 4-də qarşılaşacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi