Bakı. 30 sentyabr. REPORT.AZ/ “Qarabağ”la oyun çox çətin olacaq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq”. "Report"un məlumatına görə, bunu Belçika "Anderlext"inin baş məşqçisi Besnik Hasi “Qarabağ”la Avropa Liqasının qrup matçı öncəsi mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis oyunçularına meydanda ruh yüksəkliyi verəcəyini deyib: “Öz futbolçularıma inanıram. Onlara ruh yüksəkliyi verirəm”.
Daha sonra Besnik Hasi jurnalistlərin suallarını cavablandırıb.
- İlk dəqiqədə hücuma atılacaqsız, yoxsa rəqibi əks-hücumda yaxalayacaqsız?
- Rəqib də qələbə qazanmaq istəyir. Bunun üçün meydanda vuruşacağıq.
- Bu oyunla bağlı nəyin üzərində işləmisiz?
- Meydanda qol vəziyyətlərini reallaşdırmaq üzərində işləyirik. Gənc futbolçular üzərində çalışırıq
- “Qarabağ”da Reynaldo haqda nə deyə bilərsiz?
- Reynaldo çox irəliləyib. Onun yaxşı futbolçu olduğunu bilirəm.
- Vaxt fərqi sizin üçün çətin olmayacaq?
- Biz Belçikada necə hazırlaşırıqsa, burada da eyni hazırlaşırıq. Bizim üçün fərq etməz.