​Anası atası tərəfindən qətlə yetirilən futbolçu kitab yazır

​Anası atası tərəfindən qətlə yetirilən futbolçu kitab yazır Polşalı futbolçu 10 yaşında olarkən gözləri qarşısında baş vermiş hadisədən danışıb
Futbol
14 Yanvar , 2015 14:24
​Anası atası tərəfindən qətlə yetirilən futbolçu kitab yazır

Bakı. 14 yanvar. REPORT.AZ/ Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Yakub Blaşikovski öz həyatından bəhs edən "Kuba" kitabını yazmağa sövq edən səbəblərdən danışıb. "Report"un məlumat;na görə, polşalı futbolçu 10 yaşında olarkən gözləri qarşısında anasının atası tərəfindən öldürüldüyünü deyib.

Y.Blaşikovski kitabda bütün yaşadıqlarını qeyd etdiyini söyləyib: "Bu, asan təcrübə deyildi. Mən bu hadisəni unutmamışam və heç vaxt unuda bilmərəm. Bu, həyatımın sonuna qədər mənim bir hissəm olacaq. Həmin olay həyatımı bütünlüklə dəyişdi, məni silkələdi və yenidən yaratdı. Mən güclü oldum. Əminəm ki, insanın həyatındakı çətin anlar onu güclü edir. Həyatda problemlərlə üzləşdikdə, onlar mənə o qədər də təsir göstərmir. İndi hər şey qaydasındadır. Həyatımın ən dəhşətli hadisəsini yaşamışam".

Qeyd edək ki, Yakub Blaşikovski 2011-ci ildə azadlığa çıxan atası ilə görüşməkdən imtina edib. Növbəti il onun atası dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi