​Amerikanın 2 futbol konfederasiyasının prezidentləri həbs olunub

​Amerikanın 2 futbol konfederasiyasının prezidentləri həbs olunub Həbslərin davam edəcəyi gözlənilir
Futbol
3 Dekabr , 2015 11:14
​Amerikanın 2 futbol konfederasiyasının prezidentləri həbs olunub

Bakı. 3 dekabr. REPORT.AZ/ Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Xuan Anxel və Şimali və Orta Amerika və Karib hövzəsi ölkələri Futbol Assosiasiyaları Konfederasiyanın (CONCACAF) prezidenti Alfredo Xavit həbs olunub. "Report"un "New York Times"a istinadən verdiyi məlumata görə, həbslər FİFA-dakı rüşvət qalmaqalı ilə bağlıdır.

Məlumata əsasən, İsveçrə polisi bu günlərdə Sürixdə keçiriləcək İcraiyyə Komitəsi iclasında ali futbol qurumunun bir sıra yüksək rütbəli məmurlarını da həbs edəcək. Onların sayının 10-dan çox olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi