Yuxarı
    Bağlamaq

    Amerikalı futbolçu təsadüfən qarşısına qaçan qızını yük maşını ilə vuraraq öldürüb

    Uşağın üç yaşı olub© Wikipedia

    Bakı. 15 aprel. REPORT.AZ/ Amerika futbolunun ulduzu, Milli Futbol Liqası klublarının sabiq oyunçusu olan Todd Hip ehtiyatsızlıqdan üç yaşlı qızını maşınla vurub.

    “Report” “Fox News”a istinadən xəbər verir ki, insident idmançının Finiks qəsəbəsində yerləşən evinin yanında baş verib.

    Yük maşınının sükanı arxasında olan Hip küçə yoluna qaçan uşağı vurub.

    Qız aparıldığı xəstəxanada ölüb. Polis faktla bağlı araşdırma aparır. İlkin məlumata görə, burada söhbət bədbəxt hadisədən gedir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi