Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) Azərbaycanda qeyri-qanuni təkliflərlə üzləşib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bəzi idmançı və məşqçilər tərəfindən qaydaları pozmağın müqabilində müxtəlif təkliflər olub.