"Çelsi"nin hücumçusu Madrid klubuna keçir

"Çelsi"nin hücumçusu Madrid klubuna keçir Bakı. 21 yanvar. REPORT.AZ/ İngiltərənin “Çelsi” klubunun ispaniyalı futbolçusu Alvaro Morata karyerasını vətənində davam etdirəcək.
Futbol
21 Yanvar , 2019 12:23
Çelsinin hücumçusu Madrid klubuna keçir

Bakı. 21 yanvar. REPORT.AZ/ İngiltərənin “Çelsi” klubunun ispaniyalı futbolçusu Alvaro Morata karyerasını vətənində davam etdirəcək.

“Report” “Cadena Cope” radiosuna istinadən xəbər verir ki, cari mövsümdə əsas heyətə düşməkdə çətinlik çəkən 27 yaşlı mərkəz hücumçusu icarə əsasında “Atletiko”da çıxış edəcək. Artıq tərəflərin keçidin detalları ilə bağlı razılıq əldə etdikləri bildirirlir. Transferin yaxın iki gündə elan olunacağı gözlənilir.

Qeyd edək ki, “Çelsi”nin müqavilə üzrə İtaliya “Yuventus”una məxsus Qonsalo İquaini icarəyə götürəcəyi deyilir.

Son xəbərlər

Orphus sistemi