Almeyda: "Qarabağ"da Reynaldonu əvəzləyəcək futbolçular var"

Almeyda: "Qarabağ"da Reynaldonu əvəzləyəcək futbolçular var" "O, öz yolunu seçdi"
Futbol
19 İyul , 2017 00:15
Almeyda: Qarabağda Reynaldonu əvəzləyəcək futbolçular var

Bakı. 19 iyul. REPORT.AZ/ "İlk oyunda böyük hesabla qalib gəldiyimiz üçün rəqibin istəkli olacağını, matçın çətin keçəcəyini bilirdik".

"Report"un Gürcüstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu "Qarabağ" komandasının yarımmüdafiəçisi Riçard Almeyda Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Gürcüstan təmsilçisi "Samtredia" üzərində 1:0 hesablı qələbəni şərh edərkən deyib.

Əvəzlənməyiniz nə ilə bağlı idi?

- Qasıq nahiyəmdə problem vardı. Fiziki cəhətdən tam hazır deyiləm. Əvəzlənməyim öncədən planlaşdırılmışdı. Yəni, hansı dəqiqədə meydanı tərk edəcəyimi bilirdim.

Ötən illərlə müqayisədə "Qarabağ"ın püşkatmalarda bəxtinin gətirdiyini söyləmək olar?

- Heç kim növbəti mərhələni bizə hədiyyə etməyəcək. Mərhələ keçmək üçün mübarizə aparmalıyıq, rəqibin hansı komanda olmasından asılı olmayaraq.

Reynaldo üçün darıxmırsınız ki?

- Qardaş kimi mənə yaxındır, darıxıram. Lakin o, öz yolunu seçdi. Artıq 6 ildir Azərbaycandayam. Hazırda heyətdə Reynaldonu əvəzləyəcək futbolçular var.

Son xəbərlər

Orphus sistemi