​Almaniyanın 6-cı divizion klubu "Real Madrid"dən 60 min avro tələb edir

​Almaniyanın 6-cı divizion klubu "Real Madrid"dən 60 min avro tələb edir ​Almaniyanın 6-cı divizion klubu "Real Madrid"dən 60 min avro tələb edir
Futbol
20 Dekabr , 2014 23:23
​Almaniyanın 6-cı divizion klubu Real Madriddən 60 min avro tələb edir

Bakı. 20 dekabr. REPORT.AZ/ Almaniyanın 6-cı divizionunda mübarizə aparan "Qrayfsvalder" klubu İspaniya "Real Madrid"indən 60 min avro tələb edir. "Report"un "Bild"ə istinadən məlumatına görə, Almaniya klubu bu məbləği Toni Kroos üçün istəyir.

FİFA-nın qaydalarına əsasən yeni oyunçu transfer edən klub futbolçunun 12 yaşadək oynadığı ilk komandasına ödəniş etməlidir. Bu səbəbdən "Qrayfsvalder" Kroos üçün Madrid klubundan 60 min avro tələb edir.

Qeyd edək ki, 1997-2002 illərində "Qrayfsvalder"in formasını geyinən 24 yaşlı Kroos bu ilin yayında "Bavariya"dan "Real Madrid"ə transfer olunub.

Son xəbərlər

Orphus sistemi