Yuxarı

Almaniyalı nazir FİFA-nın yenilənməsini təklif edir

Ştaynmayer hesab edir ki, futbol bütünlükdə “sarsıdıcı məğlubiyyət” yaşayıb

Bakı. 31 May. REPORT.AZ/ Almaniya xarici işlər naziri Frank-Walter Ştaynmayer Beynəlxalq Futbol Federasiyasını (FİFA) köklü şəkildə yenilənməyə çağırıb.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, Ştaynmayer deyib ki, oyunçular, məşqçilər, hakimlər, gənc futbolçuların valideynləri və beynəlxalq “federasiya rəhbərliyindəki fırıldaqçılar arasında uçurum yaranıb”.

FİFA-nın mayın 29-da yekunlaşan konqresinin nəticələrini şərh edən Almaniyalı nazir hesab edir ki, futbol bütünlükdə “sarsıdıcı məğlubiyyət” yaşayıb.

Qeyd edək ki, FİFA-daki korrupsiya qalmaqalında 14 nəfərin adı keçir. Mayın 27-də Sürixdə FİFA-nın bir neçə yüksəkvəzifəli məmuru həbs olunub. Bundan başqa, FİFA-nın keçmiş vitse-prezidentinə və Çənubi Amerika futbolu üzrə Konfederasiya prezidentinə qarşı ittiham irəli sürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi