​Almaniyalı futbolçu Rusiya vətəndaşlığını qəbul edib

​Almaniyalı futbolçu Rusiya vətəndaşlığını qəbul edib Rusiya prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb
Futbol
25 May , 2016 16:18
​Almaniyalı futbolçu Rusiya vətəndaşlığını qəbul edib

Bakı. 25 may. REPORT.AZ/ Almaniyanın "Şalke" klubunun futbolçusu Roman Noyştedter Rusiya vətəndaşlığını qəbul edib.

"Report"un məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.

Bundan sonra 28 yaşlı yarımmüdafiəçi Rusiya yığmasının heyətində çıxış edə biləcək. Baş məşqçi Leonid Slutskiy şans verəcəyi təqdirdə, Noyştedter yığma ilə birgə Fransada keçiriləcək Avropa çempionatında iştirak edə biləcək.

Qeyd edək ki, Roman Noyştedter 2012-ci ildən "Şalke"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi