Yuxarı

Almaniyalı futbolçu Azərbaycanla oyundan 7 il sonra yenidən fərqlənib

Şvaynştayger bu dəfə Avropa çempionatında fərqlənib

Bakı. 14 iyun. REPORT.AZ/ Almaniya yığmasının futbolçusu Bastian Şvaynştayger AVRO-2016-nın C qrupunda Ukrayna ilə oyuna qədər sonuncu dəfə 7 il öncə fərqlənib. "Report"un məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi yığmada sonuncu qolunu 2009-cu ildə Bakıda Azərbaycan millisi ilə oyunda vurub.

DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində keçirilmiş həmin görüşdə Şvaynştayger 12-ci dəqiqədə fərqlənib. Matç almanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Bastian Şvaynştayger Ukrayna ilə oyunun 90+2-ci dəqiqəsində fərqlənməyi bacarıb. Qarşılaşma Yoahim Lövün rəhbərlik etdiyi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi