Yuxarı

​Almaniyalı azarkeşlər Məsut Özili çempionatın "ən yaxşısı" seçiblər

O, sonuncu Avropa çempionatında 6 oyun keçirib, bir qol vurub, ötürməsinin biri qol olub

Bakı. 13 iyul. REPORT.AZ/ Almaniyanın futbol azarkeşləri yarımmüdafiəçi Məsut Özili Fransada keçirilən Avropa çempionatının "ən yaxşısı" seçiblər.

"Report" xəbər verir ki, bu haqda Alman Futbol İttifaqının (DFB) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, DFB-nin saytındakı səsvermədə türk əsilli futbolçu, Almaniya millisi və İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Məsut Özil səslərin 25,2 faizini toplayıb. İkinci yeri Almaniya millisi və "Bavariya"nın müdafiəçisi Cerom Boatenq (23,1 faiz), üçüncü yeri isə İspaniya millisi və "Real" (Madrid) komandasının müdafiəçisi Toni Kroos (18,9 faiz) tutub.

Məsut Özil sonuncu Avropa çempionatında 6 oyun keçirib, bir qol vurub, ötürməsinin biri qol olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi