Almaniya millisinin futbolçularından qəfil dopinq-test götürülüb

Almaniya millisinin futbolçularından qəfil dopinq-test götürülüb Analiz götürülən oyuncuların adları açıqlanmayıb
Futbol
22 Mart , 2017 13:42
Almaniya millisinin futbolçularından qəfil dopinq-test götürülüb

Bakı. 22 mart. REPORT.AZ/ İngiltərə və Azərbaycan yığmaları ilə oyunlar ərəfəsində futbol üzrə Almaniya milli komandasının düşərgəsinə qəfil yoxlama gəlib.

"Report" Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, Almaniya Milli Antidopinq Agentliyinin müfəttişləri gözlənilmədən Bundestimin futbolçularını dopinq-testdən keçiriblər.

Oyunçulardan 2-si sidik, daha 2-si isə sidik və qan analizi verib. Lakin onların adları açıqlanmayıb. 

Qeyd edək ki, Almaniya bu gün Dortmundda İngiltərə ilə yoldaşlıq görüşünə, martın 26-da isə Bakıda Azərbaycanla 2018-ci il Dünya çempionatının seçmə qrup matçına çıxacaq.

Son xəbərlər

Orphus sistemi