Yuxarı

Almaniya klubu Xorvatiya millisinin müdafiəçisini icarəyə verib

Almaniya klubu xorvatiyalı müdafiəçini icarəyə verib

Almaniyanın "Bayer" (Leverkuzen) klubu futbolçusu Tin Yedvayı icarəyə verib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı xorvatiyalı müdafiəçi bir il ərzində "Auqsburq"da çıxış edəcək.

Qeyd edək ki, T. Yedvay 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının gümüş mükafatçısıdır. O, Slovakiya və Azərbaycan milliləri ilə keçirəcəkləri AVRO-2020-nin oyunları üçün yığmaya çağırılıb. Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv sentyabrın 6-da Slovakiyanın, 9-da isə Azərbaycanın qonağı olacaq. Müdafiəçi 2014-cü ildən Leverkuzen təmsilçisinin şərəfini qoruyur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi