Yuxarı

Almaniya, Hollandiya və Türkiyə klublarının futbolçuları Azərbaycan millisinə çağırılıb

Almaniya, Hollandiya və Türkiyə klublarının futbolçuları millimizdə

Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına hazırlaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olacaq. 

"Report" AFFA-nın rəsmi saytlna istinadən xəbər verir ki, mayın 30-da start götürəcək hazırlıq prosesinə yığmanın baş məşqçisi Milan Obradoviç 24 futbolçu çağırıb. Komanda 4 günlük toplanışı başa vurduqdan sonra seçmə oyun üçün Lixtenşteynə yollanacaq. Bu görüş iyunun 6-da olacaq. 

N.ADI / SOYADIKLUB
1Kamran İbrahimovNeftçi
2Şahin ZəkiyevKeşlə
3Murad PopovQəbələ
4Amin SeydiyevQəbələ
5Turan ManafovZaqatala
6Ricat QarayevSumqayıt
7Murad QayalıKeşlə
8Hüseyin SeyligliBeşiktaş (Türkiyə)
9Nihad TamazovQarabağ
10Elçin MustafayevSabah
11Arziman RizvanovBohemians FK (Çexiya)
12Baris EkincierVfL Bochum (Almaniya)
13Nicat SüleymanovQarabağ
14Hacıağa HacılıQarabağ
15İsmayıl İbrahimliQarabağ
16Rövlan MuradovQəbələ
17Süleyman ƏhmədovSumqayıt
18Ziya ƏzizovNEC Nijmegen (Hollandiya)
19Şakir SeyidovSabah
20Tural BayramlıDaugavpils FC (Latviya)
21Elvin CəfərquliyevQarabağ
22Rafael MəhərrəmliZirə
23Musa QurbanlıQarabağ
24Emil QasımovSabah


Qeyd edək ki, Latviyanın “Daugavpils” klubunun üzvü Tural Bayramlı komandasının çempionatdakı oyununa görə toplanışa iyunun 2-dən qoşulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi