Almaniya Futbol İttifaqı Azərbaycan millisinin futbolçusunu cəzalandırıb

Almaniya Futbol İttifaqı Azərbaycan millisinin futbolçusunu cəzalandırıb Dimitri Nazarov meydandan qovulduğu üçün 3 oyunluq cəzalanıb, klubu 3 min avro cərimələnib
Futbol
24 Oktyabr , 2017 12:06
Almaniya Futbol İttifaqı Azərbaycan millisinin futbolçusunu cəzalandırıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Almaniya Futbol İttifaqının İntizam Komitəsi Azərbaycan millisinin yarımmüdafiəçisi Dimitri Nazarovu cəzalandırıb. 

“Report” xəbər verir ki, buna səbəb “Ertsqebirqe Aue”nin formasını geyinən 27 yaşlı hücumçunun II Bundesliqanın XI turunda “Regensburq”la ev oyunu zamanı birbaşa qırmızı vərəqə almasıdır.

Nazarov komandasının 1:0 hesabı ilə qalib gəldiyi matçın 20-ci dəqiqəsində aut atarkən topu bilərəkdən rəqib futbolçunun başına çırpıb. Nəticədə o, meydandan qovulub. İntizam Komitəsi futbolçunu 3 oyunluq cəzaya, klubunu 3 min avro cəriməyə məruz qoyub.

Bununla bağlı klubun rəsmi saytına açıqlama verən forvard qərarla razılaşdığını və hərəkətindən peşman olduğunu bildirib. O, komandasını çətin vəziyyətdə qoyduğu üçün üzr istəyib: “Özümü bu cür aparmamalı idim. Kluba və komandama zərər vurdum. Ona görə də üzr istəyirəm”.

Qeyd edək ki, 11 oyundan sonra hesabında 16 xal olan “Ertsqebirqe Aue” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi