Almaniya 2024-cü il Avropa çempionatına namizədliyini rəsmən irəli sürüb

Almaniya 2024-cü il Avropa çempionatına namizədliyini rəsmən irəli sürüb Bakı. 24 aprel. REPORT.AZ/ Almaniya Futbol İttifaqı (DFB) 2024-cü il Avropa çempionatına namizədliyini rəsmən irəli sürüb.
Futbol
24 Aprel , 2018 14:36
Almaniya 2024-cü il Avropa çempionatına namizədliyini rəsmən irəli sürüb

Bakı. 24 aprel. REPORT.AZ/ Almaniya Futbol İttifaqı (DFB) 2024-cü il Avropa çempionatına namizədliyini rəsmən irəli sürüb.

"Report"un məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında DFB prezidenti Raynhard Qrindel bütün lazımi sənədləri baş katib Teodor Teodoridisə təqdim edib.

Almaniya AVRO-2024-ü təşkil etmək istəyini hələ ötən ilin martında açıqlayıb. Bu dəfə isə DFB son tarix olan aprelin 27-nə 3 gün qalmış rəsmən ərizə verib.

Qeyd edək ki, Avropa çempionatına Türkiyə də namizəddir. Türkiyə Futbol Federasiyasının nümayəndə heyəti UEFA-ya müvafiq sənədləri bu həftə rəsmən təqdim edəcək. 

Son xəbərlər

Orphus sistemi