Alina Kabayeva bədii gimnastika üzrə dünya çempionatının ilk səfiri təyin olunub

Alina Kabayeva bədii gimnastika üzrə dünya çempionatının ilk səfiri təyin olunub Onun əsas missiyası bu növü beynəlxalq səviyyədə təşviq etməkdir
Futbol
5 İyul , 2017 12:06
Alina Kabayeva bədii gimnastika üzrə dünya çempionatının ilk səfiri təyin olunub

Bakı. 5 iyul. REPORT.AZ/ 2004-cü il Afina Yay Olimpiya Oyunlarının qalibi Alina Kabayeva bu il İtaliyanın Pezaro şəhərində keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının ilk səfiri təyin olunub. “Report” xəbər verir ki, bu barədə Rusiya Bədii Gimnastika Federasiyasının “Instagram” səhifəsində məlumat yerləşdirilib.

Beynəlxalq Gimnastika Federasiyası bu ildən etibarən hər dünya çempionatı üçün səfir seçməyə qərar verib. Səfirin əsas missiyası bədii gimnastikanı beynəlxalq səviyyədə təşviq etməkdir. O, ictimai tədbirlərdə, medal mərasimlərində və mətbuat konfranslarında iştirak etməlidir.

Qeyd edək ki, Alina Kabayeva həm də ikiqat dünya və və beşqat Avropa çempionudur. Dünya çempionatı avqustun 29-dan sentyabrın 3-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi