Aleksis Sançes yayda "Arsenal"dan ayrılacaq

Aleksis Sançes yayda "Arsenal"dan ayrılacaq Forvard komandanın nəticələrində irəliləyişin olmamasından narazıdır
Futbol
2 Mart , 2017 06:54
Aleksis Sançes yayda Arsenaldan ayrılacaq

Bakı. 2 mart. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun çilili hücumçusu Aleksis Sançes London komandasını tərk etmək qərarına gəlib.

"Report" xəbər verir ki, futbolçu mövsümün sonunda komandasını dəyişəcək.

Məlumata görə, 28 yaşlı hücumçu "topçular"ın nəticələrində irəliləyişin olmamasından narazıdır və hətta baş məşqçi Arsen Venqer qalacağı təqdirdə belə komandadan getmək niyyətindədir.

Futbolçunun klub ilə hazırkı müqaviləsi 2018-ci ilin yayında bitir.

Sançes "Arsenal"da 2014-cü ildən çıxış edir. O, cari mövsümdə 25 oyuna 17 qol vurub və 7 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi