Aleksis Sançes "İnter"də tibbi baxışdan keçmək üçün Milana gəlib

Aleksis Sançes "İnter"də tibbi baxışdan keçmək üçün Milana gəlib İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Aleksis Sançes karyerasını İtaliya təmsilçisi “İnter”də davam etdirəcək.
Futbol
29 Avqust , 2019 11:28
Aleksis Sançes İnterdə tibbi baxışdan keçmək üçün Milana gəlib

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Aleksis Sançes karyerasını İtaliya təmsilçisi “İnter”də davam etdirəcək.

“Report” “Sky Sports”a istinadən verdiyi məlumata görə, 31 yaşlı hücumçu tibbi baxışdan keçmək üçün Milana gəlib. Çilili forvardın bu gün “İnter”lə müqavilə bağlayacağı gözlənilir.

Daha öncə bildirilirdi ki, Sançes yeni komandasında 1 illik icarə əsasında oynayacaq. Onun 550 min avro təşkil edən həftəlik maaşının yarısını “İnter”, yarısını isə “Mançester Yunayted” ödəyəcək. Sözləşməyə əsasən, italiyalılar 2019/2020 mövsümü başa çatandan sonra onu 15 milyon avroya ala bilərlər.

Qeyd edək ki, “İnter” bir müddət əvvəl “Mançester Yunayted”dən belçikalı hücumçu Romelu Lukakunu 84 milyon avroya transfer edib.

Son xəbərlər

Orphus sistemi