Aleksey Qay: ​"Qəbələ"də "Çernomorets"dən də yüksək nailiyyət əldə etməyə çalışacağam"

Aleksey Qay: ​"Qəbələ"də "Çernomorets"dən də yüksək nailiyyət əldə etməyə çalışacağam" Azərbaycanın "Qəbələ" klubunun yeni transferi Aleksey Qay Ukrayna mətbuatına açıqlama verib
Futbol
6 Yanvar , 2015 14:29
Aleksey Qay: ​Qəbələdə Çernomoretsdən də yüksək nailiyyət əldə etməyə çalışacağam

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanın "Qəbələ" klubunun yeni transferi Aleksey Qay Ukrayna mətbuatına açıqlama verib. "Report"un məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi keçmiş klubu Ukrayna "Çernomorets"ini pis xatirələrlə yada salmaq istəmədiyini bildirib.

O deyib ki, sonuncu klubu "Çernomorets"də baş vermiş mənfi hallara diqqət ayırmaq niyyətində deyil: "Mən Odessa və "Çernomorets"i həmişə yaxşı xatirələrlə yada salacağam. Klub rəhbərliyinə belə bir komandada oynamağıma şərait yaratdıqları üçün təşəkkür edirəm". 

Qay "Qəbələ"də də baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında çalışacaq. 32 yaşlı yarımmüdafiəçi Qriqorçukla birgə həyatında və karyerasında yeni səhifənin açıldığını söyləyib: "Əlbəttə, bizim baş məşqçi olmadan "Çernomorets"də heç nə alınmazdı. Artıq Roman Qriqorçukla bərabər həm həyatımda, həm də karyeramda yeni səhifə açılır. "Qəbələ"də azarkeşlərimizi sevindirməyə, hətta Odessada əldə etdiyimiz nəticələrdən də yaxşısına nail olmağa çalışacağam". 

Qeyd edək ki, Aleksey Qay "Qəbələ" klubu ilə 1.5 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi