Aleksandr Spiridon: "Azərbaycan yığmasına qarşı yerli çempionatdakı futbolçular oynayacaqlar"

Aleksandr Spiridon: "Azərbaycan yığmasına qarşı yerli çempionatdakı futbolçular oynayacaqlar" Moldova yığmasının baş məşqçisi növbəti yoldaşlıq görüşləri barədə danışıb
Futbol
12 Yanvar , 2018 17:37
Aleksandr Spiridon: Azərbaycan yığmasına qarşı yerli çempionatdakı futbolçular oynayacaqlar

Bakı. 12 yanvar. REPORT.AZ/ "Bizi kifayət qədər güclü komandalara qarşı yoldaşlıq görüşləri gözləyir. Öz klublarında hələ təlim-məşq toplanışına başlamayan futbolçuları sabahdan hazırlıq prosesinə cəlb edəcəyik".

"Report"un məlumatına görə, bunu Moldova millisinin yeni baş məşqçisi Aleksandr Spiridon Cənubi Koreya və Azərbaycan yığmaları ilə keçirəcəkləri yoldaşlıq görüşləri barədə danışarkən deyib. 58 yaşlı mütəxəssis, əsasən, yerli çempionatda çıxış edən futbolçulara dəvət göndərəcəyini bildirib: "Bu oyunlar FİFA təqviminə düşməyən günlərdə olacaq. Legionerlərimizin çıxış etdikləri klublarla əlaqə saxlayacağıq. Onlar bizim xahişimizi müsbət dəyərləndirsələr və futbolçularını heç olmasa, bir oyuna buraxsalar, məmnuniyyətlə, legionerlərimizdən də yararlanacağıq. Amma, əlbəttə, yoldaşlıq görüşlərində, əsasən, Moldova çempionatındakı futbolçular oynayacaqlar".

Qeyd edək ki, Moldova yığması yanvarın 27-də Cənubi Koreya, yanvarın 30-da isə Azərbaycan milliləri ilə qarşılaşacaq. Hər iki görüş Türkiyənin Antalya bölgəsində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi